Əliməmməd Nuriyev:“Siyavuş Novruzov ciddi məsələ qaldırıb, cinayət işi açılmalıdır” 

“Siyavuş Novruzov Milli Məclisin komitə sədri, deputat, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini və ölkədə tanınmış şəxsdir. Onun qaldırdığı məsələ çox ciddidir, ümumiyyətlə korrupsiya cinayətləri ağır cinayətlərdir. Ona görə də rəsmi şəxsin səsləndirdiyi ittihamlarda dövlət əmlakını mənimsəmədən söhbət gedirsə, heç şübhəsiz cinayət işi açılmalıdır və konkret şəxslər istintaqa cəlb edilməlidir”.

 Azpost.info bildirir ki, bu sözləri modern.az-a açıqlamasında Konstutusiya Araşdırmaları Fondunun  rəhbəri Əliməmməd Nuriyev YAP rəsmisinin sabiq nazirlər barədə səsləndirdiyi ittihamları şərh edərkən deyib.

Ə. Nuriyev bildirib ki, ittihamlar olduqca ağırdır: “Mənim bildiyim qədər Siyavuş Novruzov konkret adlar çəkməyib. O, şəxslərin ayrı-ayrı vəzifələrdə işləməsi, daha sonra böyük varidat əldə etməsilə bağlı fikirlər səsləndirib. Və onun bu açıqlaması cinayət predmeti, əsas ola bilər. Bunun üçün istintaq-axtarış əməliyyat tədbirləri aparılmalıdır. Siyavuş Novruzovun kimləri nəzərdə tutması daha da konkretləşdirilməlidir”.

Hüquqşünas bəzi sabiq nazirlərin YAP rəsmisinin açıqlamasına münasibət bildirməsini, bəzilərinin hələ də susqunluqlarını qorumasına fikir bildirib: “Bilirsiniz, bu bəyanat çox maraqlı və diqqətəlayiq bəyanatdır. Kütləvi informasiya vasitələrində zaman-zaman vəzifəli şəxslərin böyük varidatlarının olması ilə bağlı fikirlər səslənir. Amma söhbət həmin varidatın qanuni yoxsa qeyri-qanuni yolla əldə edilməsindən gedir. Doğrudur, bəziləri vəzifəyə gəlməz əvvəl də bizneslə məşğul olublar. Amma aralarında vəzifəyə gələndən sonra varlananlar da az deyil. Hətta ölkəyə gələndən sonra böyük imkanlar əldə edənlər də var. Bu isə hüquq-mühafizə orqanlarının baxış predmetidir”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əli Həsənov:

Sonrakı məqalə

Əli Əhmədovdan Eldar İbrahimova etiraz :