Pakistanda ər-arvad qəfəsdən qaçan tutuquşuna görə 7 yaşlı qızı döyüb öldürüblər.
Azpost.info AFR-ə bildirir ki, Həsən Siddiq və arvadı Zöhrə Bibi adlı 7 yaşlı qızcığazı eyni yaşda olan oğlanlarına dayəlik etmək üçün tutublar.
“Yazıq qıza işgəncə veriblər. Onu ittiham ediblər ki, sevdikləri 4 tutuquşunun birini qəfəsdən buraxıb”- deyə müstəntiq Muxtar Əhməd deyib. Siddiq qızcığazın qarnından təpik vurub və bu ölümə səbəb olub. Zöhrə xəstəxanaya çatdırılsa da səhəri gün ölüb. Ər-arvad həbs edilib.
Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, aralarında xeyli sayda uşaqların da olduğu 8,5 milyon adam Pakistanda evlərdə nökərçilik edir.
Pakistanda 15 yaşa qədər uşaqların işə götürülməsi qadağan olunsa da adətən buna məhəl qoyulmur.