“Ərazi iddiaları irəli sürə bilərik”- Qırğızıstandan Tacikistana XƏBƏRDARLIQ

Düşənbə torpaqlarımıza müdaxiləni davam etdirərsə, Qırğızıstan Tacikistana ərazi iddiaları irəli sürə bilər.

Azpost.info xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev bildirib.

Taşiyev deyib ki, ölkənin uzun illər əvvəl qonşu ölkələrə verilmiş keçmiş torpaqları qaytarmaq üçün gücü və imkanları var. Eyni zamanda, Qırğızıstan ötən ilin payızında Qırğızıstan-Tacikistan sərhədində təcavüz faktının təkrarlanmasının qarşısını almaq, qonşularla məsələləri həll etmək üçün yalnız dinc üsulları nəzərdən keçirir.

2022-ci ilin sentyabrında Qırğızıstan və Tacikistan sərhədində baş verən atışmalar nəticəsində hər iki tərəfdən onlarla insan həlak olub, 200-dən çox insan yaralanıb.

Azpost.info

 

Əvvəlki məqalə

Polşa Belarusla sərhəddə elektron hasar çəkəcək

Sonrakı məqalə

ABŞ Ağdam yolu ilə bağlı razılaşmadan niyə imtina edib? –