Ərdəbil əyalətində koronavirusa yoluxanların sayında artım var.
Tehran bürosunun məlumatına görə, bu barədə Ərdəbil Tibb Elmləri Universiteti məlumat yayıb.
Son 24 saatda vilayətin tibb mərkəzlərinə 42 xəstə yerləşdirilib, bunlardan da 31-i Ərdəbilin, 4-ü Parsabadın, 7-i Meşginşəhr rayonlarının payına düşüb. 46 xəstə nisbi sağalma ilə evə buraxılıb.
Hazırda vilayətin tibb mərkəzlərində 216 xəstə müalicə alır, onlardan 58 nəfəri reanimasiyadadır. Son sutkada 4 nəfər həyatını itirib.