Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ağır söyüş və təhqirə görə 4 CHP üzvündən prokurorluğa şikayət edib.
“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu ölkə başçısının vəkili Mustafa Doğan İnal bildirib.
Məlumata görə, prokurorluğa verilən şəxslər CHP-nin İzmir şəhər təmsilçiliyinin sədr müavini Yasin Ergül, CHP Gənclər Təşkilatları İzmir şəhər katibi və Qarabağlar bələdiyyəsinin məclis üzvü Dila Koyurga, İzmirin Qaziemir bələdiyyəsinin CHP-çi sədri Halil Arda və CHP İzmir şəhər təşkilatı üzvü Caner Güldür.
Prezidentin vəkili bu məsələni belə şərh edib:
“Bu onu göstərir ki, möhtərəm prezidentimizi təhqir etmək partiyanın (CHP-nin – red.) örtülü siyasətidir”.