Ərdoğan Azərbaycana gəlir –

Səfər vaxtı açıqlandı
21 Fevral 2020 - 11:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı açıqlanıb.

Bu barədə Trend-ə Türkiyə Prezindent Adminstrasiyasından xəbər veriblər. Məlumata görə, Ərdoğan fevralın 25-də Azərbaycana birgünlük səfər edəcək.

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.