Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
et bazari

Azərbaycanda mal ətinin orta qiyməti 1 kiloqram üçün 10,78 dollar təşkil edir.

Azpost.info bildirir ki, yaşayış xərcləri, daşınmaz əmlak qiymətləri və həyat keyfiyyəti göstəricilərini toplayan Numbeo məlumat bazasının qiymət reytinqinə əsasən, Azərbaycan bu göstərici ilə dünya ölkələri arasında 69-cu yerdə qərarlaşıb. Region ölkələri ilə müqayisədə Azərbaycanda mal əti Ermənistandan, Rusiyadan və Gürcüstandan ucuz, İrandan və Türkiyədən isə bahadır.

Reytinqə görə, Ermənistanda 1 kiloqram mal ətinin orta qiyməti 13,46 dollar, Rusiyada 12 dollar, Gürcüstanda 11 dollar, Azərbaycanda 10,78 dollar, İranda isə 9,66 dollardır. Türkiyədə bu göstərici 20,27 dollara çatır.

Beləliklə, təqdim olunan rəqəmlərə əsasən, Ermənistanda mal əti Azərbaycandan təxminən 25 faiz, Rusiyada 11 faiz, Gürcüstanda isə 2 faiz bahadır. Türkiyədə qiymət Azərbaycandakı göstəricidən təxminən 88 faiz yüksəkdir. İranda isə mal əti Azərbaycandan təxminən 10 faiz ucuzdur.

Dünyada mal əti ən çox hansı ölkələrdə bahadır?

Numbeo-nun qlobal reytinqində mal ətinin ən yüksək orta qiyməti İsveçrədə qeydə alınıb. Burada 1 kiloqram mal əti 42,99 dollara satılır.

Ən bahalı mal əti olan ilk 10 ölkə belə sıralanır:

  1. İsveçrə — 42,99 dollar
  2. İslandiya — 41,70 dollar
  3. Norveç — 32,33 dollar
  4. Cənubi Koreya — 26,01 dollar
  5. Lüksemburq — 25,99 dollar
  6. Sinqapur — 25,59 dollar
  7. İsrail — 25,54 dollar
  8. Finlandiya — 22,49 dollar
  9. Avstriya — 22,32 dollar
  10. Estoniya — 22,23 dollar

Reytinqdə mal ətinin ən ucuz olduğu ölkələr sırasında Pakistan və Boliviya göstərilir. Pakistanda 1 kiloqram mal ətinin orta qiyməti 5,05 dollar, Boliviyada isə 4,53 dollardır.

Qeyd edək ki, Numbeo məlumatları müxtəlif ölkələr üzrə toplanan qiymət məlumatlarına əsaslanır.

S.Abdulla

 

AzPost.az

Post navigation

Previous: Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir
Next: Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

Oxşar xəbərlər

bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
neft serq
  • İqtisadiyyat

Neft 100 dolları keçib – ABŞ-İran razılaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək?

User 26 Oktyabr 2026 - 10:23
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 26 Oktyabr 2026 - 09:16

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.