Ərdoğan və Bayden Qarabağı müzakirə edəcək –

Ağ Evdən açıqlama
07 İyun 2021 - 23:13

İyunun 14-də NATO zirvə toplantısı çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Baydenin görüşünün gündəliyi açıqlanıb.

“Haber Global”ın xəbərinə görə, bu barədə Ağ Ev sözçüsü Psakinin brifinqinə qatılan ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

Onun sözlərinə görə Türkiyə və ABŞ liderləri arasındakı görüş zamanı Şərqi Aralıq dənizi, Suriya, İran kimi bölgələrlə yanaşı Qarabağ məsələsi də müzakirə olunacaq.