Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, iki lider Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.
Danışıq zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.