Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizin qərb bölgəsində sel fəlakətindən zərər çəkən Kastamonu şəhərinin Bozkurt rayonuna gedib.
Türkiyənin “Hürriyet” qəzetinin xəbərinə görə, Bozkurt rayonundakı məsciddə cümə namazından sonra R.T.Ərdoğanın xalqa müraciət edəcəyi gözlənilir.
Çıxışından sonra, Türkiyə Prezidentinin sel bölgəsində qurulan Jandarma Ümumi Komandanlığı Mobil Əməliyyat Mərkəzində keçiriləcək koordinasiya iclasında iştirak edəcəyi, bölgədəki işlər və son vəziyyətlə əlaqədar səlahiyyətlilərdən məlumat alacağı bildirilib.