Ərdoğan Trampın ərəb ölkələrini xəyanətdə ittiham etdi

- “Əsrin sazişi”ni dəstəklədiklərinə görə
31 Yanvar 2020 - 13:46

“İslam ölkələrinin Trampın “Əsrin sazişi” planına münasibətinə baxanda halımıza acıyıram”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Başda Səudiyyə Ərəbistanı olmaqla, nə İordaniya, nə Bəhreyn, nə də Birləşmiş Ərəb Əmirliklərinin səsi çıxır. Bəs nə zaman səsinizi çıxaracaqsınız? Hələ bir bunu alqışlayırlar, ayıb olsun. “Əsrin sazişi”ni dəstəkləyən ərəb ölkələri öz xalqlarına xəyanət edirlər”, – deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib. Tramp bildirib ki, Qüds İsrail dövlətinin bölünməz paytaxtı olaraq qalacaq.