Ərdoğan türk admirallarının bəyanatı ilə bağlı toplantı keçirəcək  –

Sabah
04 Aprel 2021 - 19:50

Türkiyə prezidenti Ərdoğan 104 təqaüdçü admiralın yaydığı bəyanatla bağlı toplantı keçirəcək.

Azpost. info bildirir ki, bu barədə Rabitə Nazirliyinin yaydığı açıqlamada deyilir: “Prezident Ərdoğan sabah Türkiyə vaxtı ilə saat 15.00-da prezident iqamətgahında bu məsələ ilə bağlı iclas keçirəcək”.

Saat 18.00-da isə AK partiyanın bununla bağlı toplantısı təyin olunub.

Qeyd edək ki, istefada olan 104 admiral Montrye sazişi ilə bağlı Türkiyədə aparılan müzakirələrə etiraz edib.