Ərdoğan Türkdilli Dövlətlərin Zirvə Görüşünün iştirakçılarına ziyafət verib

12 Noyabr 2021 - 23:54

Noyabrın 12-də İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin dövlət və hökumət başçılarının şərəfinə rəsmi ziyafət verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.