Ərdoğan Türkiyədəki qaz qovşağına nəzarəti Putinə verməkdən imtina edib- “Reuters”

“Türkiyədə Rusiyanın təbii qaz mərkəzinin yaradılması idarəetmə və digər məsələlərlə bağlı fikir ayrılıqlarına görə maneələrlə üzləşir”.

Azpost.info xəbər verir ki, bunu təfərrüatlarla tanış olan iki mənbə “Reuters” agentliyinə bildirib.

Avropaya qaz ixracı bazarını faktiki olaraq itirmiş Rusiya Baltik dənizində itirdiyi tranzit imkanlarını Qara dənizə köçürmək ümidi ilə Avropanın ən böyük qaz mərkəzini Türkiyədə yaratmağı planlaşdırırdı. Prezident Vladimir Putinin bu fikri səsləndirməsindən bir ilə yaxın vaxt keçsə də, hələlik heç bir qərar verilməyib. May ayında Türkiyə rəsmiləri layihənin bir il ərzində başlaya biləcəyini bildirmişdilər.

Sentyabrın əvvəlində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdə Putin deyib ki, “Qazprom” mərkəzin yaradılması üçün yol xəritəsini Türkiyənin “Botaş” şirkətinə təhvil verib.

Vəziyyətlə tanış olan mənbə deyib ki, Moskva və Ankara qovşağı kimin işlədəcəyi ilə bağlı mübahisə etdiyi üçün qaz layihəsi gecikmələrlə üzləşib. “Onlar mərkəzi kimin idarə etməli olduğu üzərində mübarizə aparırlar”, – mənbə deyib.

“Qazprom” və Türkiyənin Energetika Nazirliyi məsələni şərh etməyib.

Azpost.info

Əvvəlki məqalə

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri İrəvana gəlib

Sonrakı məqalə

Zabratda 49 yaşlı qadın boğularaq öldürülüb, əri təslim olub