Dünya mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri mövzusunu şərh edib.
Azpost.info bildirir ki, Türkiyə lideri dünən Soçidə Rusiya prezidenti Putinlə görüşüb və onunla Ukraynadakı vəziyyəti, “taxıl müqaviləsini” müzakirə edib.
Ərdoğan Rusiyanın sövdələşmə ilə bağlı gözləntilərinin ədalətli hesab etdiyini deyib. O, bununla bağlı hazırlanan yeni ideyalar paketinə işarə edərək, razılaşmanın yenilənməsinə töhfə verə biləcəyinə ümid etdiyini bildirib.
“The New York Times” bildirib ki, Ərdoğanın Kremllə dostluq əlaqələrindən uzaqlaşa biləcəyi ilə bağlı fərziyyə bazar ertəsi “buxarlanıb”. Nəşr qeyd edib ki, Putinlə görüş zamanı Ərdoğanın Rusiya ilə Qərb arasında balanslaşdırıcı hərəkəti ilə bağlı ciddi dəyişiklik əlamətləri görünməyib.
“Guardian” yazıb ki, Ərdoğanın taxıl sövdələşməsinin yenidən başlana biləcəyinə dair iddialarına baxmayaraq, heç bir irəliləyiş əlaməti nəzərə çarpamayıb.
Britaniyanın “Financial Times” qəzeti də Rusiya liderinin danışıqlardan sonra “fərqli interpretasiya təklif etdiyini qeyd edib. Putin Moskvanın tələbləri yerinə yetirilməyənə qədər taxıl sazişinə qayıtmayacağını bildirib.
Qəzet həmçinin qeyd edib ki, Ərdoğan özünü Rusiya ilə Qərb arasında vasitəçi kimi göstərməyə çalışıb.
Azpost.info