Ərdoğanın sözçüsü ABŞ prezidentinin müşaviri ilə Qarabağı müzakirə edib

20 Noyabr 2021 - 09:14

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

NTV televiziyasının xəbərinə görə, telefon söhbətində tərəflər iki ölkə arasında əlaqələr və müdafiə sənayesi ilə bağlı danışıblar.

Bundan başqa, Əfqanıstanda vəziyyət və humanitar yardımlar, Suriyanın ərazi bütövlüyü və terrordan təmizlənməsi, Qarabağda sülh və rifahın daimi hala gətirilməsi, Ukraynanın şərqində yaşanan gərginliklə əlaqədar narahatlıqlar, Belarus-Polşa sərhədində yaranan gərginliyin aradan qaldırılması, Şərqi Aralıq dənizi mövzusunda ətraflı müzakirələr aparılıb.

Romada keçirilən G-20 dövlət başçılarının sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdioğanla ABŞ Prezidenti Co Bayden arasında ortaq strateji mexanizmin yaradılması ilə bağlı əldə olunan razılaşmanın təfərrüatları haqqında da fikir mübadiləsi aparılıb.