Əsəd Ərdoğanla görüş üçün bu şərtləri qoydu- "Yalnız bu halda mümkündür..."

Suriya prezidenti Bəşər Əsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yalnız türk qoşunları Suriyadan tam çıxarıldıqdan sonra görüşməyə hazır olduğunu bildirib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, Türkiyə Dəməşqdə terrorçu hesab edilən təşkilatlara dəstək verməklə və öz qoşunlarını Suriya ərazisinə daxil etməklə Suriya müharibəsində mənfi rol oynayıb.

“Ərdoğanla görüş məsələsi Türkiyənin öz ordusunu Suriya ərazisindən tamamilə çıxarılmasını həyata keçirməyə, terrora dəstəyi dayandırmağa hazır olub-olmamasından asılıdır. Bu, mənim Ərdoğanla görüşümün mümkün olduğu yeganə ssenaridir”, – Əsəd deyib.

Suriya prezidenti Rusiyanın həm Suriya, həm də Türkiyə tərəfi ilə yaxşı münasibətlər saxladığını bildirib. O qeyd edib ki, Moskva öz siyasətinin prinsipləri çərçivəsində hərəkət edərək təmasları asanlaşdırmaq üçün vasitəçi rolunu oynayır. Bu siyasət isə beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinin tanınması, terrorizmin rədd edilməsi, Suriyanın ərazi bütövlüyünə və suverenliyinə hörmətdir.

Azpost.info

Əvvəlki məqalə

Qərbi Azərbaycan İcması Fransaya müraciət edib

Sonrakı məqalə

“Əsl dərdləri yaza bilmədik…Heydər Əliyev dedi ki, hindular daha Azərbaycanı tanıyır”