Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada suriyalı həmkarı Faysal Mikdadla danışıqlar aparıb.
Azpost.info xəbər verir ki, Mikdad Rusiya prezidenti Vladimir Putinə Suriya lideri Bəşər Əsədin salamlarını çatdırıb, həmkarına Ukraynadakı hərbi əməliyyatlarda uğurlar arzulayıb.
“İcazənizlə, prezident Bəşər Əsədin salamlarını sizin vasitənizlə prezident Vladimir Putinə çatdırıram və ona möhkəm cansağlığı, Ukraynanın və bütün bəşəriyyətin rifahı naminə həyata keçirilən hərbi əməliyyatda qələbə arzulayıram”, – Suriya XİN rəhbəri bəyan edib.
Azpost.info
