Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb.
Bu barədə Rusiyanın nəqliyyat naziri, baş nazir müavini vəzifəsinə namizəd Andrey Nikitin bildirib.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, əsas istiqamətlər üzrə sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəlib.
Belə ki, Çinlə sərhəddə bu göstərici 4,7 dəfə, Monqolustanla 2,4 dəfə, Qazaxıstanla 1,1 dəfə, Azərbaycanla 5 dəfə, Gürcüstanla isə 2 dəfə artıb.
Nikitin Azərbaycan istiqamətini Rusiyanın “Şimal–Cənub” nəqliyyat dəhlizi ilə əlaqələndirib.
