“Ətrafımda olan onlarla adam koronavirus yoluxub” –

Putin sammitə gələ bilmədiyi üçün üzr istədi
16 Sentyabr 2021 - 11:07

Rusiya Prezidenti Vladimir Putin ətrafında onlarla insanın yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğunu bildirib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə videokonfrans vasitəsilə qatılan V. Putin nə üçün özünütəcrid rejiminə keçdiyi barədə danışıb.

“Bilirsiniz, təəssüflər olsun ki, son anda Düşənbəyə səfərdən imtina etmək məcburiyyətində qaldım. Buna səbəb yaxın ətrafımda koronavirusa yoluxma hallarının müəyyən edilməsidir. Bu, bir deyil, iki deyil, onlarla adamdır”, – deyə Rusiya Prezidenti vurğulayıb.

V. Putin hələ bir neçə gün özünütəcrid rejiminə riayət edəcəyini qeyd edib.

Rusiya dövlət başçısı tədbirdə şəxsən iştirak edə bilmədiyi üçün üzr istəyib.