Əvvəlki illərin məzunları üçün qəbul imtahanı təxirə salınıb

17 Mart 2020 - 12:55

Əvvəlki illərin məzunları üçün keçirilməsi nəzərdə tutulan imtahan təxirə salınıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, 5, 12, 19 aprel tarixlərinə aid buraxılış imtahanları təxirə salındığına görə əvvəlki illərin məzunları üçün aprelin 26-da keçirilməli olan imtahan da digər bir tarixdə keçiriləcək.