Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qarlı meşədə günlərlə itkin düşən 6 yaşlı uşaq tapıldı

User 04 Noyabr 2026 - 17:17 (Last updated: 04 Noyabr 2026 - 17:17)
usaq itkin

ABŞ-ın Kentukki ştatında xilasedicilər qarlı meşədə bir neçə gün tək qalan altı yaşlı Roman Heylmanı sağ tapıblar.

Bu barədə noyabrın 3-də “Metro” nəşri məlumat yayıb.

Autizm diaqnozu qoyulmuş uşaq noyabrın 1-də evdən çıxıb və geri qayıtmayıb. Onun axtarışlarına yüzlərlə könüllü cəlb olunub. Axtarış zamanı dronlardan, helikopterlərdən və atlardan istifadə edilib.

Uşaq noyabrın 3-də səhər saatlarında evdən təxminən 2,4 kilometr aralıda aşkarlanıb. Könüllü atlılardan birinin sözlərinə görə, Roman özü kolluqların arasından çıxaraq cığırın üzərinə gəlib. Onun yanında bütün bu müddət ərzində uşağı tək qoymayan balaca bir it də olub.

Uşağın bədənində tikanlı kollardan yaranmış cızıqlar olsa da, ümumi vəziyyəti yaxşı qiymətləndirilib.

Qeyd edək ki, axtarışlar zamanı meşədə Romanın gödəkçəsi, şalvarı və uşaq bezləri də tapılmışdı. Onu aşkar edəndə isə üzərində heç bir geyim olmayıb.

Xilas edildikdən sonra uşaq tibbi müayinə üçün həkimlərə təhvil verilib. İlkin məlumata görə, onun vəziyyəti qənaətbəxş olub, yalnız yüngül susuzlaşma müşahidə edilib.

AzPost.az

Post navigation

Previous: Xameneyi ABŞ-ı təhdid etdi
Next: Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ

Oxşar xəbərlər

soyutma
  • Sosial

Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ

User 04 Noyabr 2026 - 17:56
yol yaqis
  • Sosial

Bakıda noyabrın 9-na qədər yağış yağacaq – temperatur 10 dərəcəyədək enəcək

User 04 Noyabr 2026 - 14:43
800x500
  • Sosial

“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da!

User 04 Noyabr 2026 - 14:26

xƏBƏR

soyutma
  • Sosial

Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ

User 04 Noyabr 2026 - 17:56
Millik Kibertəhlükəsizlik Agentliyi (MKA) soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edir. Millik Kibertəhlükəsizlik Agentliyindən  verilən məlumata görə,...
Read more about Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ
Qarlı meşədə günlərlə itkin düşən 6 yaşlı uşaq tapıldı usaq itkin
  • Sosial

Qarlı meşədə günlərlə itkin düşən 6 yaşlı uşaq tapıldı

User 04 Noyabr 2026 - 17:17
Xameneyi ABŞ-ı təhdid etdi mucteba xameneyi
  • Dünya

Xameneyi ABŞ-ı təhdid etdi

User 04 Noyabr 2026 - 16:44
Bakıda noyabrın 9-na qədər yağış yağacaq – temperatur 10 dərəcəyədək enəcək yol yaqis
  • Sosial

Bakıda noyabrın 9-na qədər yağış yağacaq – temperatur 10 dərəcəyədək enəcək

User 04 Noyabr 2026 - 14:43
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da! 800x500
  • Sosial

“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da!

User 04 Noyabr 2026 - 14:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.