“Əgər sülhməramlılardan imtina etmək istəyirlərsə…” –Lavrov başqa variantın müzakirəsini təklif etdi

Rusiya Azərbaycan və Ermənistan arasında möhkəm və ədalətli sülhdə ən maraqlı olan ölkədir.

Azpost.info bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 23-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib.

Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Lavrov vurğulayıb ki, əgər Bakı və Yerevan Rusiya sülhməramlılarından imtina etmək istəyirlərsə bunu da müzakirə etmək olar: “Əgər Bakı və Yerevan Rusiya sülhməramlılarının xidmətindən imtina etmək istəyirlərsə, danışıqlar masasına oturub başqa variantlar barədə düşünmək olar. Biz əlbəttə, hazırda ən çox maraq doğuran məsələyə – Laçın dəhlizindəki vəziyyət məsələsinə də baxmışıq. Biz razılaşmışıq ki, Rusiya sülhməramlıları vıəziyyətin tənzimlənməsi üçün müvafiq tərəflərlə az qala saatbasaat işləyirlər”.

Sergey Lavrov ümid etdiyini bildirib ki, çox tezliklə Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin başçılığı altında üçtərəfli işçi qruplar konkret razılaşmalara əməl olunması işinə başlayacaqlar.

Əvvəlki məqalə

“Ölkəyə idxalın kəskin artması bahalaşma ilə bağlıdır” –

Sonrakı məqalə

Lavrov Qarabağdakı separatçıları niyə ittiham etdi?