“Ölkəyə idxalın kəskin artması bahalaşma ilə bağlıdır” –EKSPERT RƏYİ

Gömrükdən büdcəyə daxilolmaların artımına səbəbi idxalın kəskin artımıdır.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev gömrük statistikasının 11 ay üzrə nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, statistik rəqəmlərdən görünür ki, gömrükdən büdcəyə daxilolma ötən ilə nisbətən 1.2 mlrd. manata yaxın (29%) artıb: “Bu artımın səbəbi idxalın kəskin artımıdır – idxal 2,5 mlrd. USD və ya 24% artıb. Çünki Azərbaycanda demək olar ki, bütün gömrük vergi-rüsumları idxaldan toplanır”.
Ekspert idxalın belə kəskin artmının səbəbini açıqlayıb:  “Bəs idaxlın bu cür kəskin artımının səbəbi nədir? Qiymət artımı. İdxal real ifadədə 2%-dən də çox artıb. İdxaldakı 24%-lik artımın 22%-ə qədəri məhz idxaldakı kəskin bahalanmadır”.
R.Ağayevin sözlərinə görə, tək idxal mallarının qiymət artımına görə 11 ayda cibimizdən 1.2 mlrd. manat əlavə pul çıxıb büdcəyə gedib.
Azpost.info
Əvvəlki məqalə

Lənkəran, Astara və Lerikin din xadimləri İrana qarşı etiraz Bəyanatı imzaladılar –

Sonrakı məqalə

“Əgər sülhməramlılardan imtina etmək istəyirlərsə…” –