Əkrəm İmamoğlu Ərdoğanla görüşdə stulu sındırdı – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bələdiyyə başqanları ilə keçirilən görüşündə maraqlı anlar yaşanıb.

Toplantıda çıxış edən Rəcəb Tayyib Ərdoğan  İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluya xitabən bəzi iradlar bildirib.

Amma daha sonra prezidentlə bələdiyyə sədri arasında maraqlı dialoq yaşanıb.

Belə ki, toplantıda İmamoğlunun oturduğu stul qırılıb. Buna reaksiya verən Ərdoğan İmamoğluna “Bax, bu israfdır, oturduğun stulu qırdın”,- deyərək parasın ödəməli olduğunu bildirib.

Əkrəm İmamoğlunun isə öz növbəsində Ərdoğana “İkincisində möhkəm oturaram, əfəndim” cavabı zalda qəhqəhəyə səbəb olub. (Modern.az)

https://youtu.be/uUit9X32dGs

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp Tehranla razılaşmaq istəyir –

Sonrakı məqalə

“Bizim Cəbiş müəllim”in fərasətli “Makedon”u –