Tramp Tehranla razılaşmaq istəyir –“Rejim dəyişkiliyi axtarmırıq”

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İranda hakimiyyət dəyişikliyini istəmədiyini və Tehranla razılaşma imzalayacağını gözlədiyini söyləyıb.

Bunu ABŞ prezidenti jurnalistlərə Ağ evin Oval kabinetində deyib.

D.Tramp deyib: “Rejim dəyişikliyini axtarmırıq. Bir razılıq əldə edə biləcəyimizi düşünürük, amma bunu da etmədiyimiz təqdirdə pis olmayacağını düşünürük”.

Qeyd edək ki, öncə ABŞ dövlət katibi Mayk Pompeo Tramp İran rəhbərliyi ilə ilkin şərtlər olmadan ünsiyyət qurmağa hazır olduğunu bildirmişdi. (Trend)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkələr öz banklarına niyə qızıl yığırlar? –

Sonrakı məqalə

Əkrəm İmamoğlu Ərdoğanla görüşdə stulu sındırdı –