Əli İnsanov partiya üzvlərinin rəsmi sayını açıqladı

Sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq-Ədalət Partiyasının üzvlərinin rəsmi sayı açıqlanıb.
Azpost.info bildirir ki, bu barədə HƏP-in mətbuat xidmətinin yaydığı açıqlamada qeyd olunub.
HƏP-in Ədliyyə Nazirliyinə təqdim etdiyi 6000-ə yaxın yeni üzvü ilə bir yerdə 26000 – ə yaxın üzvü vardır.
Açıqlamada deyilir ki, 20 000 nəfər üzvün partiyaya üzvlük üçün müraciət edərkən tələb olunan ərizələr və şəxsi məlumatlar pərakəndə şəkildə alınıb. Bu cür müraciətlər əsasında toplanmış üzvlük sənədləri partiyanın reyestrində ciddi nöqsanlar yaradıb.
Göstərilən nöqsanların tez bir zamanda aradan qaldırılması üçün İdarə Heyəti işçi qrupu yaradıb.
HƏP sədri Əli İnsanov bildirib ki, 2023 – cü il sentyabrın 4-də Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin rəisinin imzası ilə Haqq Ədalət Partiyasının ofisinə məktub göndərilib. Məktubda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununa əsasən düzəlişlər edilərək Ədliyyə Nazirliyinə yenidən təqdim edilmiş Haqq Ədalət Partiyasının üzvlərinin reyestrinin bu Qanunun tələblərinə uyğunluğu seçmə üsulu ilə yoxlanılıb və düzgünlüyü təsdiqlənib.
Azpost.info
Əvvəlki məqalə

Ordubad istiqamətində mövqelərimiz atıcı silahlardan atəşə tutulub

Sonrakı məqalə

Erməni silahlı dəstələrinin Ağdam istiqamətində səngər qazmağının qarşısı alınıb