Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib.
Bu barədə aparıcı Elgiz Əkbər məlumat yayıb.
O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Əməkdar artist 79 yaşında idi.
O, 1947-cı ildə Bakıda anadan olub.
Xalidə Əhmədova uzun illər AZTV-nin diktoru olub. Digər məşhur diktor Davud Əhmədovun həyat yoldaşıdır.


