Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Əməkdar artist Tünzalə Əliyeva vəfat etdi

User 22 Yanvar 2023 - 12:28 (Last updated: 21 May 2025 - 20:15)
tunzale

Azərbaycan Respublikasının Əməkdar artisti, “Toppuş bacı” kimi tanınan Tünzalə Əliyeva uzun sürən ağır xəstəlikdən sonra vəfat edib

Bu barədə teatrşünas Anar Bürcəliyev sosial şəbəkədəki hesabında məlumat verib.

O bildirib ki, bu gün 49 yaşında xəstəlikdən ölüb.

 

Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsinə qəbul olunub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb.

Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Oradan çıxıb Bakıya gəlib və C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. Bu teatrın səhnəsində Qəmər (Ə. Əmirli, “Müqəddəs Valentin günü”), Natella (M. Haqverdiyev, “Qısqanc ürəklər”), Şahnaz (A. Rəhimov “Pul hərisləri”), Qadın (H. Mirələmov, “Ləyaqət”), Mehriban (Ə. Nesin, “Toros canavarı”), Gülzar (Elçin, “Poçt Şöbəsində xəyal”), Sənəm (Ü. Hacıbəyov, “O olmasın, bu olsun”), Nanı Kişi (İftixar, “Dan yeri söküləndə”) rollarını uğurla ifa edib. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında “İzinlə”, “Vətənim” və “Gülüş qatarı” verilişlərinin aparıcısı olub.

ATV kanalında nümayiş etdirilən “Çal-Çağır” şou proqramının aparıcısı olan “Toppuş bacı” obrazının ifaçısıdır. ATV kanalında “Gülmək qadağandır” şou proqramının aparıcı idi.

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: “Mənə ana, bacı, dost oldun, inşallah qiyamətdə görüşərik” –

Oxşar xəbərlər

Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.