Ərəblərin Qaxda qurduqları çadır söküldü

Qax Dövlət Təbiət Yasaqlığı ərazisində əcnəbi turistlərin qurduğu çadırlar sökülüb.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yaydığı bəyanatda deyilir.
Bildirilib ki, cəmiyyətdə narazılığa səbəb olan ekoloji problem müvafiq qanunlar çərçivəsində həll edilib.  Şura ölkə ictimaiyyətinə məsələnin geniş müzakirəyə çıxarılmasına görə təşəkkür edib.

Qeyd edək ki, Qax Dövlət Təbiət Yasaqlığı ərazisində – Acınohurda ərəblərin nadir quşları və heyvanları ovlamasını əks etdirən görüntülər yayılmış, buna ictimaiyyət tərəfindən kəskin reaksiya göstərilmişdi.

Ərəb turistlər müvafiq qaydada cəzalandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Misirdə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 100-ü keçib

Sonrakı məqalə

Ermənistanın Konstitusiya Məhkəməsi Koçaryanın ittiham edildiyi maddəni ləğv etdi