Misirdə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 100-ü keçib

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108-ə çatıb, 32 nəfər həyatını itirib.

 TASS xəbər verir ki, qatarlar Sohaq əyalətinin Tahta şəhəri yaxınlığında toqquşub. Qatarlardan biri Luksor-İsgəndəriyyə, digəri isə Asuana-Qahirə marşrutu üzrə hərəkət edirmiş.

İlkin məlumata görə, hadisəyə qatarlardan birinin əyləc kranının qopması səbəb olub. Nəticədə onun arxasınca gələn ikinci qatar vaxtında dayana bilməyib.

Qəza zamanı birinci qatarın son iki vaqonu və ikinci qatarı çəkən lokomotiv relsdən çıxaraq aşıb. Hadisə ilə əlaqədar olaraq Misirin cənubunda dəmir yollarında hərəkət tamamilə dayandırılıb.

Hadisə yerinə təxminən 74 təcili tibbi yardım maşını xəlb olunub. Yerli həkimlərə kömək məqsədilə Qahirədən əlavə tibb işçiləri göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyan Putinə zəng vurdu, Qarabağdakı vəziyyət müzakirə olundu

Sonrakı məqalə

Ərəblərin Qaxda qurduqları çadır söküldü