“Ərdoğan 2022-nin ən uğurlu siyasətçisi oldu”- “Kommersant”

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin ən uğurlu siyasətçisi adlandırmaq olar, çünki Qərb ondan asılı vəziyyətə düşdü”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb.

Məqalədə Türkiyənin Yaxın Şərq bölgəsindəki roluna da diqqət yetirilir. Bildirilir ki, Rusiyaya yeni sanksiyalardan yan keçməyə kömək edən Türkiyə bundan daha çox fayda əldə edir: “Böhran nə qədər uzun davam edərsə, Rusiyaya qarşı bir o qədər çox sanksiyalar tətbiq edilir. Və onlardan yan keçməyə kömək edən Türkiyə üçün bundan bir o qədər çox fayda var”.

Məqalə müəllifi əlavə edib ki, Ankaranın əsas uğurlarından biri qaz qovşağının yaradılmasıdır. İstanbulda bağlanan “taxıl sazişi” də Ərdoğanın daha bir nailiyyəti kimi qeyd olunub.

Azpost.info

 

Əvvəlki məqalə

Bu il devalvasiya olacaqmı?

Sonrakı məqalə

Gəncədə 36 kq narkotiki gizlədən qadın saxlanılıb