Ərdoğan:“Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək”

“Türkiyə ilə ABŞ arasındakı razılaşmaya əsasən, 120 saatlıq atəşkəs elan olunub, lakin qarşı tərəf buna əməl etmir”.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı deyib.

“Biz 120 saat müddətində hərbi əməliyyatları dayandırmağa razı olduq, məqsədimizi açıq bildirdik. 120 saat bitən dəqiqədə razılaşmamız pozulacaqsa, “Barış bulağı” qaldığı yerdən davam edəcək. Dünən ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı da bunu dedim”, – deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan qeyd edib ki, 22 oktyabrda Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Küçələrdə səs-küy salan bu insanlar xalqdan çox uzaq düşüblər”

Sonrakı məqalə

14 marşrut xəttinin hərəkət sxemində edilmiş müvəqqəti dəyişiklik aradan qaldırılıb