“Küçələrdə səs-küy salan bu insanlar xalqdan çox uzaq düşüblər”- Əli Əhmədovdan mitinq açıqlaması

“Qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz”.

Bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov özünün rəsmi “Facebook” səhifəsində paylaşıb.

“Sosial şəbəkədə müxalifətin mitinq adlandırdığı başıpozuq hərəkətləri izləyirəm. Həqiqətən üzücü mənzərədir: çox az sayda insan şəhərin gur yerində asayişi pozmaqla diqqəti cəlb etməyə çalışır. Sanki onlar insanların rahatlığını pozmaqlarından həzz alırlar. Əslində isə utanmaq lazımdır. Müşahidə etdiklərim deməyə əsas verir ki, küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər. Sanki başqa ölkənin vətəndaşları, yadplanetliləridir. İstər-istəməz yaddaşlarda 30 il əvvəlki dövrün qaragüruhu düşür. Heç dəyişməyiblər, dəyişmək də istəmirlər. Ona görə də Azərbaycanın bu günündən çox geridə qalıblar. Yaxşı ki, onlar azdır, özü də lap az. Polisin davranışı təqdirəlayiqdir. Qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qurban Qurbanovdan “avtoşluq” edən futbolçu ilə bağlı qərar

Sonrakı məqalə

Ərdoğan: