Ərdoğan Azərbaycanın Zəfər Bayramını təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib.

Türkiyə Prezidentinin “Twitter” hesabındakı paylaşımda deyilir:

“Azərbaycanın Zəfər Bayramını, Qarabağ torpaqlarının azadlığa qovuşmasını müjdələyən bu şanlı günü ürəkdən təbrik edirəm. Vətən üçün gözlərini qırpmadan mübarizə aparan, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, qazilərimizi minnətdarlıqla anıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mən daha siyasətlə məşğul olmayacağam” –

Sonrakı məqalə

Temperatur 10 dərəcəyədək enəcək –