Ərdoğan Moldovada keçirilən Avropa Birliyinin sammitinə qatılmaqdan imtina edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitnə qatılmaqdan son anda imtina edib. 

Azpost.info bildirir ki, bu barədə “Politiko” nəşri üç mənbədən əldə etdiyi məlumata əsasən bildirib.

Hazırlıqlarda iştirak edən üç rəsmi mənbənin sözlərinə görə, Türkiyə lideri bir günlük sammit üçün Moldovaya getməyəcək.

Avropa Siyasi Birliyi (EPC) Ukraynada müharibədən sonra yaradılmış yeni birlikdir. Bu, Aİ hüdudlarından kənarda qalan Avropa liderlərini birləşdirmək üçün nəzərdə tutulub. Cümə axşamı günü 40-dan çox Avropa lideri, o cümlədən 27 Aİ ölkəsinin, eləcə də Böyük Britaniya və Türkiyə kimi Aİ üzvü olmayan ölkələrin və Qərbi Balkan dövlətlərinin nümayəndələri sammitdə iştirak edəcək.

Moldovanın paytaxtı Kişinyovda baş tutacaq görüş, ötən ilin oktyabrında Praqada keçirilən ilk iclasdan sonra keçirilən ikinci sammit olacaq.

Ərdoğan ötən il Çexiyanın paytaxtında keçirilən bu sammitdə iştirak edib.

Azpost.info

Əvvəlki məqalə

“Növbəti seçkilərdə partiyaya uğur qazandıra bilməsəm istefa verəcəyəm” –

Sonrakı məqalə

Rusiya Dumasının sədr müavini ABŞ-a səfər edən qızına görə üzr istəyib –