Ərdoğan Putin və Zelenski ilə görüşəcək

Özbəkistanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Rusiya və Ukrayna liderləri ilə görüşəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. “Təbii ki, fəal diplomatiyamız və balanslı yanaşmamız sayəsində mühüm görüşə ev sahibliyi etməkdən məmnun olduq. Qayıdan kimi həm cənab Putin, həm də cənab Zelenski ilə danışıqlar aparmaqda qərarlıyam. Bu görüşlərdə hər ikisinə öz adımdan və millətim adından təşəkkür edib “məqsədimiz sizi ən qısa zamanda bir araya gətirməkdir” deyəcəm”, – Ərdoğan deyib. Türkiyə prezidenti Zelenski və Putindən təkbətək görüşlə bağlı konkret tarix ala biləcəyinə ümid edir: “Bu kontekstdə biz dövlət başçıları səviyyəsində keçiriləcək görüşə ev sahibliyi etməyə hazırıq. Amma bu arada müvəqqəti atəşkəsin təmin edilməsi böyük əhəmiyyət kəsb edir”.
Azpost.info
Əvvəlki məqalə

“Kremldə nə baş verdiyini nə Departament, nə də Pentaqon bilir” – Peskov

Sonrakı məqalə

“Rublla ödənişdən imtina olunsa, müqavilə dayandırılacaq” –