“Kremldə nə baş verdiyini nə Departament, nə də Pentaqon bilir” – Peskov

Dmitri Peskov Qərb mətbuatında Vladimir Putinin ətrafının ona yanlış məlumat verməsi və bu fonda Rusiya prezidenti ilə müdafiə naziri Sergey Şoyqu arasındakı münasibətlərdə gərginliyin yaranması ilə bağlı xəbərlərə münasibət bildirib.

Azpost.info xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. “Belə çıxır ki, nə Dövlət Departamentinin, nə də Pentaqonun Kremldə baş verənlərlə bağlı real məlumatı var. Onlar sadəcə olaraq Kremldə baş verənləri, prezident Putini, qərarı, bizim işimizin üslubunu başa düşmürlər”, – Peskov bildirib. Onun sözlərinə görə, bu vəziyyət onlarda narahatlıq yaradır: “Çünki belə anlaşılmazlıq çox pis nəticələrə səbəb olan səhv, ehtiyatsız qərarlara gətirib çıxarır”. Azpost.info

Əvvəlki məqalə

Peyvənd olunanların sayı açıqlanıb

Sonrakı məqalə

Ərdoğan Putin və Zelenski ilə görüşəcək