Ərdoğan və Putin Tehranda görüşüb – VİDEO

“Son İstanbul görüşlərində Rusiya nümayəndə heyətinin yanaşması çox müsbət idi”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Tehranda keçirdiyi ikitərəfli görüşü zamanı deyib.

“Buradan alacağımız nəticə bütün dünyaya müsbət təsir edəcək. Şəxsən mən və nümayəndə heyətim adından sizə çox təşəkkür etmək istərdim. Ümid edirəm ki, görüşlərimiz səmərəli olacaq”, – deyə o qeyd edib.

Bundan əlavə, Rusiya prezidenti Vladimir Putin Ərdoğana “taxıl dəhlizi” ilə bağlı təşəbbüslərinə görə təşəkkür edib.(APA)

Əvvəlki məqalə

“Qarabağ” topu çox yaxşı saxlayırdı”-

Sonrakı məqalə

Ərdoğan İrana və Rusiyaya çağırış edib-