Ərdoğan Zelenski ilə danışdı –“Referendum”a mane olmağa çalışıram"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər Rusiya və Ukrayna arasında davam edən müharibəni müzakirə ediblər.

Ərdoğan əsir mübadiləsi prosesinin uğurla başa çatmasından məmnunluğunu bildirib. Türkiyə Prezidenti bildirib ki, Ukraynanın Rusiyanın nəzarəti altında olan ərazilərində “referendum” keçirilməsi diplomatik səylərə mane olur.

Bundan əlavə, Ərdoğan müharibənin sülh yolu bitməsi üçün hər cür töhfəni verməyə hazır olduğunu diqqətə çatdırıb.

Əvvəlki məqalə

Staja görə əmək pensiyasına əlavə alanların pensiyası yeni qaydada hesablanacaq

Sonrakı məqalə

Ermənilərin Kəlbəcərdə basdırdığı növbəti 259 mina zərərsizləşdirilib