“Ərdoğanın fikri təhrif olunub” –Mətbuat katibi məsələyə aydınlıq gətirdi

“Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Penslə bu gün görüşməyəcəyini bildirmişdi. Amma sabah prezidentimizlə və Xarici İşlər naziri ilə ayrı-ayrılıqda görüş nəzərdə tutulub”. 

Bunu Türkiyə prezidentin mətbuat katibi İbrahim Qalın jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O deyib ki, xarici jurnalistin yanlış anlaması üzündən prezidentin fikri təhrif olunub: “Belə məlumatlar yayılıb ki,  Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşmək istəmir.  Sonradan bu məsələyə aydınlıq gətirildi. ABŞ-dan gələn heyətin bu gün mənimlə görüşləri oldu. Gündəmdə olan Suriya mövzusu ətrafında müzakirələr və fikir mübadilələri apardıq. Müdafiə nazirimizlə də ayrıca görüşlər olacaq”.

Prezidentin sözcüsü deyib ki, “Barış bulağı” hərəkatını ləkələməyə çalışanlar çox əsəbi və komik durumdadırlar. “Barış bulağı” hədəfinə çatana qədər fəalyyətində davamlı olacaq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda kürəkən arvadını və qayınanasını öldürdü –

Sonrakı məqalə

İngiltərə şahzadəsi Uilyam və xanımı Pakistana gediblər –