İngiltərə şahzadəsi Uilyam və xanımı Pakistana gediblər –FOTO

İngiltərə şahzadəsi Uilyam və xanımı Keyt Middlton Pakistanda rəsmi səfərdədirlər.

Uilyam və Keyt Pakistanın Baş naziri İmran Xanla görüşüblər. Görüşdən sonra qonaqlar İmran Xanla birlikdə İslamabadın tarixi mərkəzində yerləşən Pakistan monumentindəki təntənəli qəbulda iştirak ediblər.

Fəxri qonaqlar İslamabaddakı internat məktəbə gedib, burada təhsil alan şagirdlərlə görüşüblər. Onlar məktəbdə İngiltərənin “Teach First” sürətləndirilmiş müəllim hazırlığı proqramının həyata keçirilməsi ilə tanış olublar.

Sonra Uilyam və Keyt Marqalla-Xills milli parkına gedib, şagirdlərlə birgə buradakı bəbirlərin davranış və hərəkətlərini müşahidə etmək üçün kameralar quraşdırıblar.

Şahzadə və xanımı Xayber-Paxtunxva əyalətindəki Çitral rayonuna gedərək, vertolyotla bu rayondakı əriyən buzlağın üzərindən uçublar. Sonra onlar leysan yağışlarından, sellərdən əziyyət çəkən kənd sakinləri ilə görüşüblər. Bu səfərin məqsədi dünya ictimaiyyətinin diqqətini qlobal istiləşmə probleminə və onun acı nəticələrinə cəlb etməkdir.

Qonaqlar Pakistanın ən böyük şəhəri Laxora, Himalay dağlarına, ölkənin qərbindəki sərhədyanı regionlara da gedəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ərdoğanın fikri təhrif olunub” –

Sonrakı məqalə

Tramp: