Ərdoğanla NATO-nun Baş katibi arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətləri yenidən müzakirə olunub.

Prezident Ərdoğan İsveç və Finlandiyanın quruma üzvlük müraciətlərində Türkiyənin təhlükəsizliklə bağlı narahatçılığının haqlı və qanuni təməllərə söykəndiyini diqqətə çatdırıb.

Hər iki ölkəni terrorçuluğu dəstəkləməkdən vaz keçməyə çağıran Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qarşı həyata keçirilən siyasətın düzgün olmadığını diqqətə çatdırıb.

NATO-nun Baş katibi Yens Stoltenberq da öz növbəsində mühüm müttəfiq olan Türkiyənin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Əvvəlki məqalə

“Rusiya Ukrayna taxılının daşınmasına mane olmur” –

Sonrakı məqalə

Dövlət Xidmətinin vəzifəli şəxsləri həbs edilib –