Ərzaq qutularından 1 milyard avroluq narkotika çıxdı –FOTO

İtaliya polisi ölkənin cənubundakı Kalabriya bölgəsində yerləşən Gioia Tauro limanında əməliyyat keçirib.

Əməliyyat zamanı Cənubi Amerikadan göndərilən bir konteynerdə ərzaq qutularının içərisinə narkotik vasitə – kokainin gizlədildiyi müəyyən edilib. Qutularda ümumilikdə 2,3 tona yaxın narkotik vasitə aşkarlanıb.

Bundan başqa, limanda saxlanılan yük maşınında isə daha 850 kiloqram kokain aşkar edilib.

Müsadirə edilən narkotik vasitələrin təxmini dəyərinin 1 milyard avro olduğu bildirilib.

Qeyd edək ki, Kalabriya İtaliyanın mafiya qruplaşması Ndranghetanın “evi” sayılır. Kokain ticarəti ilə məşğul olan bu qruplaşma Avropada narkotik ticarətinin təxminən 80 faizinə nəzarət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vergi Məcəlləsinə edilən bu dəyişiklik ərzağı bahalaşdıracaq” –

Sonrakı məqalə

Çin səsdən iti uçan pilotsuz təyyarə hazırlayır