Çin səsdən iti uçan pilotsuz təyyarə hazırlayır

Çin hipersəs sürətli silah və silah sistemləri sahəsində dünya liderinə çevrilir. Hazırda bu ölkə unikal pilotsuz aparatın seriya istehsalına hazırlaşır. Həmin PUA 30 MAX sürəti ilə uça bilir, bu isə Rusiyanın silahlanmaya daxil edilmiş “Avanqard” qanadlı döyüş blokundan daha sürətlidir. Həmin blokun sürəti 27 MAX (1 MAX=1062,2 km/saat)  olaraq açıqlanıb. Üstəlik indiki halda pilotsuz təyyarədən söhbət gedir, Rusiyanın nailiyyəti isə hələlik qanadlı döyüş bloku ilə yekunlaşır.

“Sohu” agentliyinin məlumatına görə unikal pilotsuz aparatın sınaqları uğurla tamamlanıb və hazırda bu dronların seriya istehsalına hazırlıq görülür. Aparatın əsas vəzifəsi kəşfiyyatın aparılmasıdır, amma bəzi məlumatlara görə həmin PUA termonüvə silahı ilə zərbələr endirmək üçün də nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ hələlik hipersəs sürətli silahlarda Çin və Rusiyadan xeyli geridə qalır. Analitiklərə görə Çinin hipersəs sürətli silah və pilotsuz sistemlərdə bu cür irəli çıxması onu hərbi baxımdan dünya liderinə çevirə bilər. (virtualaz.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərzaq qutularından 1 milyard avroluq narkotika çıxdı –

Sonrakı məqalə

Qubadlıda çavuş bir zabit və iki giziri qətlə yetirərək qaçıb –