“Əsas məqsədim bu peyvəndi bütün dünyaya yaymaqdır” –Bill Qeyts danışdı

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts koronavirus pandemiyası zamanı əsl hədəfinin nə olduğunu açıqlayıb. Onun sözlərinə görə, əsas məqsədi infeksiyaya qarşı peyvəndi dünyada yaymaqdır.

Bu barədə BBC xəbər yayıb.

Milyarder bildirib ki, GAVI-nin (“Bill and Melinda Gates” Fondu tərəfindən dəstəklənən Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans) məqsədi 7,4 milyard dollar toplamaqdır:

“GAVI koronavirus peyvəndini inkişaf etməkdə olan ölkələrə çatdırmaqla məşğul olacaq”.

Qeytsin sözlərinə görə, ilk peyvənd epidemiyanın davam etdiyi ölkələrin həkimlərinə, onlardan sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına və təcili yardım xidmətlərinə verilməlidir:

“Əgər onların qorunması təmin edilərsə, qalan insanlara keçmək olar… Bunu bütün dünya miqyasında etmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Etirazçılar Nyu-Yorkun merinə çıxış etməyə imkan verməyib

Sonrakı məqalə

Sabah OPEC və qeyri-OPEC ölkələrinin iki görüşü keçiriləcək