Etirazçılar Nyu-Yorkun merinə çıxış etməyə imkan verməyib

Bruklində keçirilən aksiyada etirazçılar Nyu-York şəhərinin meri Bill de Blazionun çıxışına imkan verməyib.

Bu barədə TASS məlumat yayıb.

Minneapolis şəhərində öldürülən afroamerikalı Corc Floydun xatirəsinə həsr edilən mitinqə bir neçə min insan toplaşıb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, polis aksiyaya helikopterlə nəzarət edib.

Hamının Corc Floydun qardaşı Corc Tedin çıxışını gözlədiyi vaxt xitabət kürsüsünə Bill de Blazio çıxıb.

Bundan hiddətlənən aksiya iştirakçıları “Heç bir siyasətçi”, “Sənin komendant saatın cəhənnəm olsun!” şüarlarını səsləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

Sonrakı məqalə

“Əsas məqsədim bu peyvəndi bütün dünyaya yaymaqdır” –