Əsl italyan pastası necə olmalıdır?

Pasta və ya bizim dildə desək makaron və vermişel İtaliyanın qüruru sayılır və hər bir italyan hər həftə azı 5 dəfə bu məhsulla qidalanır.

Bəs, keyfiyyətli pastanı necə təyin edirlər?

Əvvəlcə onu qeyd edək ki, üzərində hər “İtaliya buğdasından hazırlanmışdır” loqotipi olan pasta heç də keyfiyyətli deyil. İtaliyada məhz pasta üçün xüsusi sort buğda yetişdirilir. Bu anlamda ölkə 4,7 milyon tonla əvvəllər lider olan Kanadanı keçib (ilə 4,3 milyon ton).

Pasta hazırlanmasında istifadə olunan unun tərkibindəki zülal 12,5-13 faiz təşkil etməlidir. Bu, əsas göstəricidir. Həmin un havasız şəraitdə qaynar su ilə yoğurulur. Nəticədə meydana gələn kütlə sıxılaraq içindəki bütün boşluqlar çıxarılır. Pasta halına gətirilərkən istənilən formada onun üzərində gözlə görünməyən çıxıntılar saxlanılır, bu, sousun pastanın üzərindən axmaması üçündür.

Digər vacib an isə pastanın formaya salındıqdan sonra qurudulması prosesidir. Bu, bəlkə də ən məsuliyyətli mərhələdir, çünki məhz düzgün qurudulma sayəsində hazır məhsulun uzunömürlülüyü, keyfiyyəti, dadı bəlli olur. Ən keyfiyyətli pastalar soyuq temperaturda uzun müddətə qurudulandır. Məhz bu üsulla əsrlərboyu italyanlar ev pastası hazırlayıb uzun müddət saxlayıblar. Qurudulduqdan sonra məhsul qablaşdırılaraq satışa buraxılır.

Bəs, istehlakçı yaxşı pastanı necə tanısın? İlk növbədə, hər kəs bilməlidir ki, keyfiyyətli pasta bişdikdən sonra da formasını qorumalı, azca bərk olmalıdır. Bişəndə xəmirə dönən, yapışqan pasta keyfiyyətsizdir. Keyfiyyətli pasta məhsulları kökəlmə vermir və asan həzm olunur(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vladimir Zelenski Azərbaycan Prezidentə təbrik ünvanlayıb

Sonrakı məqalə

İranın səfirliyinin “Twitter” hesabı bağlanıb