Nəsimi rayon İcra Hakimiyyətində 7 boş vakansiya var. AzPost RİH-in rəsmi saytına istinadla xəbər verir ki, hazırda Aparatda başçının müavini, sektor müdiri-baş mühasib, başçının köməkçisi, Hüquq şöbəsinin müdiri, iki baş məsləhətçi və sürücü ştatı boşdur. Xatırladaq ki, ötən ilin dekabr ayının 29-u Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Qeyd edək ki, E.İbrahimov bu ilin noyabr ayının 12-də müvafiq sərəncamla həmin vəzifəyə təyin edilmişdi. AzPost.az Yazı naviqasiyası Araik və digər xunta rəhbərləri Ermənistana təhvil verilməyəcək – Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yoluna baxıb