10 ayda 20 min nəfərə pensiya təyin olunub

22 Noyabr 2021 - 10:38

2021-ci ilin 10 ayı ərzində 113 min nəfərdən çox şəxsə elektron qaydada sosial ödənişlərin təyinatı aparılıb.

Bu barədə Azpost.info-ya DSMF-dən bildirilib.

Pensiya təyin olunan şəxslərin sayı 20 min, müavinət və təqaüd təyin olunan şəxslərin sayı isə 93 min nəfərdən çox olub.